İngiltərə Kubokunun 1/32 final mərhələsinin “Vulverhempton”la matçı “Liverpul”un futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, 2:2 hesablı bərabərliklə yekunlaşan görüşdə komandasının ikinci qolunu vuran misirli hücumçu Mersisayd təmsilçisinin tarixinə adını yazdırıb.
29 yaşlı oyunçu "Liverpul" forması ilə vurduğu qolların sayını 173-ə yüksəldib. Bununla da Salah 172 qol vuran əfsanəvi Kenni Dalqlişi geridə qoyub.
"Liverpul"un heyətindı ən çox qol vuran futbolçusu isə Yan Rayşdır – 346 qol. İlk üçlüyü Rocer Hant (285 qol) və Qordon Hocson (241 qol) tamamlayır.
saytlarin hazirlanmasi