İtaliyanın "İnter" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Milan təmsilçisinin futbolçusu Hakan Çalhanoğlu sıradan çıxıb. 28 yaşlı türk yarımmüdafiəçi komandasının növbəti 3 matçını buraxacaq.
Hakan Çalhanoğlu bu gecə İtaliya Kubokunun "Parma", 14 sentyabr tarixində A Seriyasının "Verona" və 18 sentyabr tarixində İtaliya Super Kubokunun "Milan"la oyunlarında iştirak edə bilməyəcək.
Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ilin yayından "İnter"də çıxış edir. Türkiyə millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 26 matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi