Tanınmış məşqçi karyerasını bitirdi

22:42 - 10 Yanvar 2023

Məşhur ingiltərəli məşqçi Stiv Bryus karyerasını bitirib.

 

Sportal.az xəbər verir ki, bu barədə 62 yaşlı mütəxəssis özü açıqlama verib. Təcrübəli məşqçinin son klubu “Vest Bromviç” olub. 

 

Stiv Bryus məşqçi karyerası dövründə ancaq İngiltərədə çalışıb. O, müxtəlif vaxtlarda “Nyukasl”, “Aston Villa”, “Kristal Pelas”, “Sanderlend”, “Hall Siti”, “Viqan”, “Birmingem” və “Şeffild Uensdey”də iş başında olub.

Xəbər xətti