"Arsenal"lılar Premyer Liqada ən yaxşı seçildi

17:23 - 13 Yanvar 2023

İngiltərə Premyer Liqasında 2022-ci ilin noyabr və dekabr aylarının ən yaxşıları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, ötən ilin son iki ayının ən yaxşı oyunçusu "Arsenal"ın norveçli yarımmüdafiəçisi Martin Edeqor seçilib. 24 yaşlı futbolçu 3 qol və 3 məhsuldar ötürməlik performans göstərib.

 

Noyabr/dekabr aylarının ən yaxşı baş məşqçisi adına isə "Arsenal"ı çalışdıran Mikel Arteta layiq görülüb.

 

Xəbər xətti