Məşhur futbolçu həbs olundu: Məhkəmə qarşısına çıxarılacaq

18:11 - 13 Yanvar 2023

İngiltərənin "Nyukasl" klubunun futbolçusu Joelinton polis tərəfindən saxlanılıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb 26 yaşlı yarımmüdafiəçinin içkili halda avtomobil idarə etməsidir. Braziliyalı futbolçu 26 yanvar tarixində məhkəmə qarşısına çıxarılacaq.

 

Bu, Joelintonun ilk intizamsızlığı deyil. Oyunçu daha əvvəl bir dəfə karantin qaydalarını pozub saçını kəsdirməyə getdiyi üçün 200 funt-sterlinq cərimə olunmuşdu.

 

Qeyd edək ki, Joelinton "Nyukasl"a 2019-cu ilin yayında "Hoffenhaym"dan transfer olunub. O, cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 16 çempionat matçında 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti