"Mançester Yunayted"in futbolçusub Donni van de Beekin durumu bəlli olub.
Sportal.az xəbər verir ki, Premyer Liqanın "Bornmut"la matçında (3:0) dizindən zədələnən 25 yaşlı yarımmüdafiəçi üçün mövsüm erkən bitib. "Qırmızı şeytanlar"ın baş məşqçisi Erik Ten Haq niderlandlı futbolçunun mövsümün sonuna kimi oynamayacağını bildirib.
Qeyd edək ki, "Mançester Yunayted" Donni van de Beeki 2019-cu ilin yayında "Ayaks"dan transfer edib. Niderland millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində 10 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi