"Napoli" "Yuventus"u darmadağın etdi - VİDEO

11:38 - 14 Yanvar 2023

İtaliya A Seriyasında 18-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, lider "Napoli" doğma meydanda "Yuventus"u qəbul edib. Qarşılaşma Neapol təmsilçisinin 5:1 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 47-yə yüksəldən "Napoli" liderliyini davam etdirir. "Yuventus" isə 37 xalla üçüncü yerdədir.

 

"Napoli" - "Yuventus" 5:1

Qollar: Viktor Osimhen, 14, 65, Xviça Kvaratsxeliya, 39, Amir Rahmani, 55, Elif Elmas, 72 - Anxel Di Mariya, 42

 

Xəbər xətti