"Latsio"da İmmobile şoku

19:54 - 18 Yanvar 2023

İtaliyanın "Latsio" klubunun heyətində ciddi tiki baş verib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin hücumçusu Ciro İmmobile sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı forvardın sağ ayaq budunda zədə aşkarlanıb. Müalicəsinə başlanılan italiyalı futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı bilinmir.

 

Qeyd edək ki, Ciro İmmobile cari mövsümdə "Latsio"nun heyətində meydana çıxdığı 18 rəsmi matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti