İtaliya Futbol Federasiyası "Yuventus"a ağır cəza verib.
Sportal.az xəbər verir ki, Turin təmsilçisinin A Seriyasında 15 xalı silinib. Məlumatı yerli federasiyanın mətbuat xidməti yayıb.
"Yuventus"un cəzalandırılmasının səbəbi klubun maliyyə pozuntularına yol verməsidir. "Qoca sinyora" federasiyaya saxta gəlir bəyannaməsi tətbiq edib.
Cəzadan öncə 37 xalla A Seriyasında turnir cədvəlinin 3-cü pilləsində olan "Yuventus" hazırda 22 xalla 10-cu yerdədir.
saytlarin hazirlanmasi