FIFA uruqvaylı futbolçuların cəzalarını açıqladı

22:43 - 27 Yanvar 2023

FIFA Uruqvay milli komandasının üzvləri Fernando Muslera, Edinson Kavani, Xose Mariya Ximenes və Dieqo Qodini cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb DÇ-2022-nin qrup mərhələsinin Qana ilə matçından (2:1) sonra baş verənlərdir. Ali futbol qurumu Muslera və Ximenesə 4, Qodinlə Kavaniyə isə 1 oyunluq cəza verilib. Cəzalar yalnız milli komandanın matçlarına aiddir.

 

Qeyd edək ki, uruqvaylı futbolçular Qana ilə qarşılaşmadan sonra baş hakim Daniel Zibertə sərt şəkildə etiraz ediblər. Bundan əlavə Edinson Kavani matçdan sonra paltardəyişmə otağına gedərkən VAR monitorunu əli ilə aşırıb.

Xəbər xətti