"Mançester Yunayted"də Eriksen şoku

16:52 - 31 Yanvar 2023

İngiltərənin "Mançester Yunayted" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın futbolçusu Kristian Eriksen sıran çıxıb. FA Kubokunun 1/16 final mərhələsinin "Ridinq"lə (3:1) matçında ayaq biləyindən xəsarət alan danimarkalı yarımmüdafiəçinin durumu ciddidir.

 

"Mançester Yunayted" 30 yaşlı futbolçunun durumu haqda məlumat yayıb. Açıqlamada bildirilir ki, təcrübəli oyunçu aprelin sonu, mayın əvvəllərinə kimi yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, Kristian Eriksen cari mövsümdə "Mançester Yunayted"in heyətində meydana çıxdığı 31 rəsmi matçda 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti