İngiltərənin "Mançester Yunayted" klubunda yanvar ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, başa çatan ayın ən yaxşısı adına Markus Reşford layiq görülüb. İngiltərə millisinin üzvü azarkeşlər arasında keçirilən sorğuda hamını qabaqlayıb. 25 yaşlı hücumçu ardıcıl üçüncü dəfə ayın oyunçusu seçilib.
Qeyd edək ki, Markus Reşford yanvar ayı ərzində "Mançester yunayted"in heyətində meydana çıxdığı 6 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi