İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşıları müəyyənləşib.
Sportal.az xəbər verir ki, ötən ayın ən yaxşı baş məşqçisi "Arsenal"ı çalışdıran Mikel Arteta seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. İspan mütəxəssis cari mövsümdə üçüncü dəfə ayın məşqçisi seçilib.
Yanvar ayının ən yaxşı adına isə "Mançester Yunayted"in hücumçusu Markus Reşford layiq görülüb. 25 yaşlı forvard başa çatan ayda "qırmızı şeytanlar"ın heyətində Premyer Liqada meydana çıxdığı 4 matçda 3 qol vurub.