Gürcü futbolçu yenə qol vurdu, "Napoli" 3 xalı 3 qolla qazandı - VİDEO

20:01 - 5 Fevral 2023

İtaliya A Seriyasında 21-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, lider "Napoli" səfərdə "Spetsiya"nın qonağı olub. Qarşılaşma Neapol təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 56-ya yüksəldən "Napoli" liderliyini davam etdirir. "Spetsiya" isə 18 xalla 17-ci yerdədir.

 

"Spetsiya" - "Napoli" 0:3

Qollar: Kvaratsxeliya, 47, Osimhen, 68, 73

 

Xəbər xətti