"Yuventus" 3 xalı 3 qolla qazandı - VİDEO

10:39 - 8 Fevral 2023

İtaliya A Seriyasında 21-ci tura yekun vurulub.

Sportal.az xəbər verir ki, turun son oyun günündə "Salernitana" doğma meydanda "Yuventus"u qəbul edib. Qarşılaşma Turin təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 26-ya yüksəldən "Yuventus" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. "Salernitana" isə 21 xalla 16-cı yerdədir.

"Salernitana" - "Yuventus" 0:3
Qollar: Duşan Vlahoviç, 26 (pen), 47, Filip Kostiç, 45

 

Xəbər xətti