İngiltərənin "Tottenhem" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, London təmsilçisinin qapıçısı Uqo Loris sıradan çxııb. Fransalı qolkiper Premyer Liqanın 22-ci turunun "Mançester Siti" ilə matçında (1:0) zədələnib. "Sky Sports"un yaydığı məlumata görə, 36 yaşlı "əlcək sahibi" 8 həftəyədək yaşıl meydanlardan uzaq qalacaq.
Uqo Loris 2012-ci ilin yayından "Tottenhem"də çıxış edir. Təcrübəli qapıçı cari mövsümdə komandanın heyətində 27 matçda meydana çıxıb. O, 9 görüşdə qapısını toxunulmaz saxlamağı bacarıb.
saytlarin hazirlanmasi