Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını yekunlaşdıran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanının U-18 komandasına qarşı oyun 1:1 hesabı ilə nəticələnib. Millimizin heyətində 90-cı dəqiqədə Rüfət Abbasov fərqlənib.
Xatırladaq ki, bu komandalar arasında fevralın 8-də keçirilən ilk qarşılaşma 2:2 hesabı ilə nəticələnmişdi. Millimiz daha əvvəl isə Tacikistanın U-20 yığmasına 1:2 hesabı ilə məğlub olmuşdu.
saytlarin hazirlanmasi