İngiltərənin "Mançester Siti" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "şəhərlilər"in hücumçusu Erlinq Haaland sıradan çıxıb. Norveçli forvard Premyer Liqanın 23-cü turunun "Aston Villa" ilə matçında zədələnib. 22 yaşlı futbolçu 24-cü turun "Arsenal"la oyununda iştirak etməyəcək.
"Arsenal" - "Mançester Siti" qarşılaşması 15 fevral tarixində, Bakı vaxtilə saat 23:30-da baş tutacaq.
Erlinq Haaland "Mançester Siti"yə mövsümün əvvəlində Dortmund "Borussiya"sından transfer olunub. Nörveç millisinin üzvü komandanın heyətində meydana çıxdığı 29 rəsmi matçda 31 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi