"Mançester Yunayted" Markus Reşfordun müqaviləsini uzatmaq istəyir.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" ingiltərəli hücumçunun 2024-cü ilin yayında başa çatmalı olan sözləşməsini uzatmağa çalışır. Klub baş maş məşqçi Erik ten Haqın planlarınının əsas hissəsi olan 25 yaşlı forvardla uzunmüddətli müqavilə imzalamağa çalışacaq.
Qeyd edək ki, Markus Reşford "Mançester Yunayted"in yetirməsidir. İngiltərə millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 36 matçda 24 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi