Premyer Liqa klubu paraqvaylının müqaviləsini uzatdı

18:57 - 24 Fevral 2023

İngiltərənin "Nyukasl" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Migel Almironun sözləşməsinin müddətini uzadıb. Bu barədə "sağsağanlar"ın mətbuat xidməti məlumat yayıb. Paraqvaylı yarımmüdafiəçi 2026-cı ilin yayınadən "ağ-qaralar"a məxsus olacaq.

 

Migel Almiron "Nyukasl"a 2019-cu ilin yanvar ayında ABŞ-ın "Atlanta" klubundan transfer olunub. 29 yaşlı futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 29 matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti