İngiltərə millisinin qapıçısı klubunda qaldı

19:40 - 24 Fevral 2023

İngiltərənin "Everton" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi qapıçı Cordan Pikfordun sözləşməsinin müddətini uzadıb. Bu barədə Premyer Liqa klubunun rsəmi saytı məlumat yayıb.

 

İngiltərə millisinin üzvü 20227-ci ilin yayına kimi "Everton"a məxsus olacaq.

 

Qeyd edək ki, Cordan Pikford "Everton"a 2017-ci ilin yayında "Sanderlend"dən transfer olunub. 28 yaşlı qolkiper cari mövsümdə komandanın heyətində 23 rəsmi matçda meydana çıxıb. Təcrübəli "əlcək sahibi" 5 görüşdə qapısını toxunulmaz saxlayıb.

Xəbər xətti