İngiltərənin "Çelsi" klubu baş məşqçi Qrem Potterlə bağlı qərar verib.
Sportal.az "The Guardian"a istinadən xəbər verir ki, London təmsilçisi uğursuz nəticələrə rəğmən 47 yaşlı mütəxəssislə yola davam edəcək. Komanda hətta Premyer Liqanın 26-cı turunda "Lids Yunayted"ə və Çempionlar Liqasında "Borussiya"ya məğlub olsa belə, qərar dəyişməyəcək.
Qeyd edək ki, Qrem Potter ötən ilin sentyabr ayında "Çelsi"nin baş məşqçisi təyin olunub. "Mavilər" İngiltərə Premyer Liqasında 31 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. "Çelsi" Çempionlar Liqası 1/8 final mərhələsinin ilk oyununda səfərdə Dortmund "Borussiya"sına 0:1 hesabı ilə məğlub olub.
saytlarin hazirlanmasi