İngiltərənin "Çelsi" klubu Qrem Potteri istefaya göndərəcəyi təqdirdə onun yerinə namizədləri müəyyənləşdirib.
Sportal.az xəbər verir ki, London təmsilçisinin baş məşqçisi postuna əsas namizədlər Zinəddin Zidan və Luis Enrikedir. bu barədə "Diario Sport" nəşri məlumat yayıb. Potterlə yollar ayrılsa, bu iki mütəxəssislə danışıqla başlayacaq.
Zinəddin Zidan son olaraq Madrid "Real"ını çalışdırıb. Luis Enrike isə DÇ-2022-dən sonra İspaniya milli komandasının baş məşqçisi postundan istefaya göndərilib.
Qrem Potter 2022-ci ilin sentyabr ayından "Çelsi"yə rəhbərlik edir. Komanda Premyer Liqada 24 turdan sonra 31 xal toplayıb və turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi