Uğursuz mövsüm keçirən "Vest Hem" baş məşqçi Devid Moyesi istefaya göndərə bilər.
Sportal.az xəbər verir ki, London təmsilçisinin rəhbərliyi 59 yaşlı mütəxəssisin işindən narazıdır. "Times" nəşrinin məlumatına görə, paytaxt klubu yaxın günlərdə şotlandiyalı məşqçi ilə yollarını ayırmağı planlaşdırır.
"Vest Hem"in baş məşqçisi postuna ən real namizəd "Mildlsbro"nu çalışdıran Maykl Karrikdir. Moyes postunu tərk edəcəyi halda "Mançester Yunayted"in keçmiş futbolçusu "Vest Hem"in "sükan"ı arxasına keçəcək.
Qeyd edək ki, Devid Moyes 2019-cu ilin dekabr ayından "Vest Hem"i çalışdırır. Komanda hazırda İngiltərə Premyer Liqasında 23 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi