Mövsümün sonunda "Yuventus"la müqaviləsi başa çatan Anxel Di Mariyanın gələcəyi müzakirə mövzusudur.
Sportal.az xəbər verir ki, Turin təmsilçisinin direktoru Françesko Kalvo argentinalı vingerin gələcəyi haqda danışıb. Klub rəsmisi 35 yaşlı futbolçunun müqaviləsini uzatmaq üçün danışıqların davam etdiyini bildirib:
"Di Mariya paltardəyişmə otağının lideridir. Onu yüz faiz komandada saxlamaq istəyirik. Təmsilçiləri ilə müqavilə ilə bağlı danışıqlarımız davam edir. Yeni sözləşmə mövzusunda özümüzə güvənirik".
Qeyd edək ki, Anxel Di Mariya PSJ ilə müqaviləsi başa çatdıqdan sonra mövsümün əvvəlində "Yuventus"a azad agent statusu ilə keçib. Təcrübəli oyunçu İtaliya klubunun heyətində meydana çıxdığı 23 rəsmi matçda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi