De Byazi millimizdə qalmayacaq: "Müqavilə başa çatdıqdan sonra yeniləməyəcəm"

10:39 - 9 Mart 2023

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, “Radio CRC”yə açıqlama verən təcrübəli mütəxəssis milli üzvlərindən birinin İtaliya A Seriyasında oynamaq şansını dəyərləndirib. Bununla yanaşı, millidəki qapıçı problemi və yığma komandamızda işinə davam edib-etməyəcəyinə şərh verib:

"Millidə Azərbaycandan kənarda çıxış edən dörd futbolçu var. Hətta onlardan birinə baxmaq üçün Cənubi Koreya çempionatını da izləyirəm. A seriyasında oynamağa hazır futbolçularımız yoxdur. Amma məncə bəzi gənclər buna doğru gedə bilər. Mahir Emreli yaxşı keyfiyyətlərə malikdir. Lakin hələ də bunun faydasını görə bilmir".

Qapıçılarla bağlı vəziyyətdən danışan De Byazi "Sabah"ın gənc futbolçusu Yusif İmanovun xeyrinə seçim edə biləcəyini bildirib: "Qarşıdakı matçda böyük ehtimalla 20 yaşlı qapıçını meydana buraxacam. Yaxşı keyfiyyətlərə sahibdir. Gənc də olsa, keyfiyyətlərə malik olduğunu sübut etsə, ona şans vermək daha yaxşıdır".

İtaliyalı mütəxəssis Azərbaycan millisində qalmayacağına eyham vurub: "Məndən milli komanda üçün əlimdən gələni etməyi xahiş etdilər. Biz ardıcıl beş oyundur ki, qalib gəlirik. Mənə elə gəlir ki, indiyə qədər belə hadisə baş verməmişdi. Düşünürəm ki, müqavilə başa çatdıqdan sonra onu bir daha yeniləməyəcəyəm".

Mirbağırağa

Xəbər xətti