"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Real"ı çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, "goal"a danışan ispaniyalı mütəxəssis bir növ yazılanların doğru olmadığına eyham vurub:
"Məşqçilər və ya futbolçular mətbuatda yazılanlara nəzarət edə bilmirlər. Amma onu dəqiq deyə bilərəm ki, bütün diqqətimi "Arsenal"dakı işlərimə yönəltmişəm. Bu klubda gördüklərimdən son dərəcə qürurluyam. Bizim çatmaq istədiyimiz məqsədlər var. Onun üçün mübarizə aparırıq".
Xatırladaq ki, 40 yaşlı ispaniyalı "Mançester Siti"də (2016-2019) Xosep Qvardiolanın köməkçisi kimi çalışdıqdan sonra 2019-cu ildə "Arsenal"a baş məşqçi təyin edilib.
saytlarin hazirlanmasi