Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazı Misli Premyer Liqasının iki oyununu izləyəcək.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, bu məqsədlə Qərb zonasına səfər edən millimizin baş məşqçisi Misli Premyer Liqasının XXVI turu çərçivəsində bu gün Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Zirə” görüşündə olacaq.
Martın 11-də isə italiyalı mütəxəssis Tovuz şəhər stadionunda təşkil ediləcək “Turan Tovuz” – “Qəbələ” oyununu izləyəcək.
saytlarin hazirlanmasi