"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Pol Skoulz Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda "qırmızı şeytanlar"ın "Betis" üzərində qazanılan qələbəsini (4:1) şərh edib.
Sportal.az xəbər verir ki, veteran futbolçu UEFA-ya açıqlama verərkən Mançester təmsilçisinin inamlı futbol nümayiş etdirdiyini bildirib:
"Mançester Yunayted" əla xarakter nümayiş etdirdi. Oyuna çox yaxşı başladılar, lakin fasiləyə az qalmış kiçik bir problem yaşadılar. İkinci hissə mənə fantastik görünürdü. Komanda çox yaxşı görünürdü. Bruno Fernandes yarımmüdafiənin mərkəzində diqdə edən futbolçu idi. Məncə, layiqli şəkildə qələbə qazandılar".