Xviça A seriyasında ən yaxşı seçildi

20:24 - 10 Mart 2023

"Napoli"nin cinah futbolçusu Xviça Kvaratsxeliya İtaliya A seriyasında fevral ayının ən yaxşı oyunçusu seçilib.

Sportal.az çempionatın mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu 4 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Ayın ən yaxşı futbolçusu adına digər namizədlər "Torino"nun yarımmüdafiəçisi Aleksey Mirançuk, Federiko Baskirotto (Leççe), Anxel Di Mariya (Yuventus) və Viktor Osimhen (Napoli) idi.

Xəbər xətti