İtaliya çempionatının ən yaxşı baş məşqçisi açıqlandı

12:28 - 11 Mart 2023

İtaliya A Seriyasında fevral ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, ötən ayın ən yaxşısı adına "Bolonya"nı çalışdıran Tiaqo Motta layiq görülüb. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

"Bolonya" fevral ayında İtaliya çempionatında keçirdiyi 4 matçdə 3 qələbə qazanıb, 1 dəfə isə məğlub olub.

Qeyd edək ki, fevral ayının ən yaxşı oyunçusu isə "Napoli"nin gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya seçilib.

Xəbər xətti