Poqba "Yuventus"dan ayrılmayacaq

20:51 - 12 Mart 2023

Fransa millisinin üzvü Pol Poqba "Yuventus"da qalmaq istəyir.

Sportal.az "CalcioMercato"ya istinadən xəbər verir ki, Poqba bu mövsüm zədədən əziyyət çəkdiyinə görə, cəmi iki matçda meydana çıxa bilib.

Avropa Liqasının "Frayburq"la oyunun iştirak ərizəsindən isə intizamsızlığa görə kənarlaşdırılıb.

Bununla belə, Poqba “Yuventus”u tərk etmək fikrində deyil. Pol əvvəlki formasına qayıdacağına və komandaya kömək edəcəyinə inandığını ətrafındakılarına bildirib.

29 yaşlı futbolçunun "qoca sinyora" ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.

Xəbər xətti