"Mançester Siti" hücumçusu Xulian Alvareslə müqavilə müddətini artıracaq.
Sportal.az "The Times"a istinadən xəbər verir ki, "şəhərlilər" argentinalı ilə yeni müqavilə məsələsində ötən həftə razılıq əldə edib.
Yeni müqaviləyə əsasən Argentina millisinin hücumçusu 2028-ci ilin yayına qədər Mançester klubuna məxsus olacaq.
Futbolçunun maaşı da ikiqat artırılacaq. 23 yaşlı futbolçunun Mançester klubu ilə hazırkı müqaviləsi 2027-ci il iyunun 30-a qədərdir.
Alvares 2022-ci ildə “River Pleyt”dən “Mançester Siti”yə keçmişdi.
saytlarin hazirlanmasi