Pol Poqba yenə zədələndi

17:40 - 13 Mart 2023

İtaliyanın "Yuventus" klubunun futbolçusu Pol Poqba yenidən zədələnib.

Sportal.az xəbər verir ki, fransalı yarımmüdafiəçi Turin təmsilçisinin məşqçində sıradan çıxıb. 30 yaşlı futbolçu sağ ayağının əzələsindən zədə alıb. Təcrübəli oyunçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Pol Poqba "Yuventus"a mövsümün əvvəlində keçib. Fransa millisinin üzvü zədələr səbəbindən cəmi 35 dəqiqə meydanda ola bilib.

Xəbər xətti