"Liverpul" Portuqaliya millisinin üzvünü istəyir

12:14 - 14 Mart 2023

"Fulhem"in yarımmüdafiəçisi Joao Palinya "Liverpul"un maraq dairəsindədir.

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, 27 yaşlı portuqaliyalı uğrunda mübarizədə favorit hesab olunan Mersisayd klubudur.

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Palinyaya Cud Bellinqhemə alternativ olaraq görür.

İngiltərə millisinin üzvününün transferini həll etmək mümkün olmasa, portuqaliyalının keçidi yayda baş tuta bilər.

27 yaşlı futbolçu “Sportinq”, “Moreyrense”, “Belenenseş”, “Braqa”da oynadıqdan sonra 2022-ci ildə “Fulhem”ə keçib.

Xəbər xətti