"Milan"ın hücumçusu Zlatan İbrahimoviç AVRO-2024-ün seçmə mərhələsində Belçika (24 mart) və Azərbaycana (27 mart) qarşı keçiriləcək oyunlara dəvət oluna bilər.
Sportal.az "Calcio"ya istinadən xəbər verir ki, İsveç millisinin baş məşqçisi Yanne Anderson təcrübəli hücumçunu milliyə dəvət etmək istəyir. O, məsələ haqda qısaca bu cür danışıb:
"Zlatan meydançaya çıxa bilməyəndə belə, onun liderlik keyfiyyətləri komandaya müsbət təsir edir".
İsveç - Azərbaycan oyunu martın 27-də Solna şəhərindəki "Friends Arena" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
saytlarin hazirlanmasi