"Mançester Yunayted"in yarımmüdafiəçisi Marsel Sabitzer AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan (24 mart) və Estoniya (27 mart) yığmaları ilə oyunlar üçün Avstriya milli komandasına dəvət edilməsindən narazıdır.
Sportal.az "Manchester Evening"ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu zədə səbəbindən klubunun oyunlarında iştirak etməyib və fiziki vəziyyətinin ağırlaşma riski olduğundan milliyə çağırılacağını gözləməyib.
Avstriya - Azərbaycan oyunu martın 24-də Linzdəki "Raiffeisen Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.