Azərbaycanla görüş üçün "Mançester Yunayted" və "Tottenhem"dən futbolçular dəvət edildi

16:11 - 15 Mart 2023

İsveç millisinin AVRO-2024-ün seçmə mərhələsinin Belçika (24 mart) və Azərbaycanla (27 mart) görüşləri üçün heyəti bəlli olub.

Sportal.az xəbər verir ki, baş məşqçi Yanne Anderson 26 futbolçuya dəvət göndərib.

Qapıçılar: Kristoffer Nurdfeldt (AİK), Robin Olsen ("Aston Villa", İngiltərə), Viktor Yuhansson ("Roterhem Yunayted", İngiltərə)

Müdafiəçilər: Emil Holm ("Spetsiya", İtaliya), Lüdviq Auqistinsson ("Malyorka", İspaniya), Yalmar Ekdal ("Börnli", İngiltərə), Viktor Nilsson Lindelöf (“Mançester Yunayted”, İngiltərə), İsak Hin (“Verona”, İtaliya), Joel Andersson (“Mityülland”, Danimarka), Qabriel Qudmundsson (“Lill”, Fransa), Edvin Kurtuluş (“Hammarbü”), Karl Starfelt (“Seltik”)

Yarımmüdafiəçilər: Yesper Karlsson(“Alkmaar”, Niderland), Emil Forsberq (“Leypsiq”, Almaniya), Mattias Svanberq (“Volfsburq”, Almaniya), Kristoffer Olsson (“Mityülland”, Danimarka), Samuel Qustafson (“Hekken”), Albin Ekdal (“Spetsiya”, İtaliya), Yesper Karlstrem (“Lex”, Polşa)

Hücumçular: Zlatan İbrahimoviç (“Milan”, İtaliya), Deyan Kulusevski (“Tottenhem”, İngiltərə), Aleksander İsak(“Nyukasl”, İngiltərə), Viktor Klaesson(“Kopenhagen”, Danimarka), Robin Kvayson(“Əl-İttifaq”, Səudiyyə Ərəbistanı), Antoni Elanqa(“Mançester Yunayted”, İngiltərə), Viktor Dyekereş(“Koventri”, İngiltərə)

İsveç – Azərbaycan matçı martın 27-də “Friends Arena”da keçiriləcək və Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Xəbər xətti