Üç gün əvvəl Kolumbiya yığmasının Azərbaycan millisi ilə yoxlama görüşü keçirmək ehtimalı olması barədə xəbər vermişdik.
"Fanaticos" portalı adıçəkilən yığmanın Avropada yoldaşlıq görüşü keçirmək istədiyi, namizədlər arasında Serbiya və Polşa ilə yanaşı Azərbaycanın da olduğunu yazmışdı.
Sportal.az saytına verilən məlumata görə, hələ ki, AFFA-ya Kolumbiya Futbol Federasiyasından yoldaşlıq görüşü ilə bağlı müraciət olmayıb.
Təklif olacağı təqdirdə də, Azərbaycan və Kolumbiya millilərinin yoldaşlıq görüşünün ən yaxşı halda iyunda baş tuta biləcəyi ehtimal olunur.