"Çelsi" onu "Yuventus"a geri göndərəcək

16:44 - 16 Mart 2023

"Çelsi"nin yarımmüdafiəçisi Denis Zakariya mövsüm sonunda böyük ehtimalla komandanı tərk edəcək.

Sportal.az "The Times”a istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi Zakariyanı transfer etmək variantından istifadə etmək fikrində deyil.

O, müqavilə ilə "Yuventus"a məxsusdur və "Çelsi"də icarə əsasında oynayır.

26 yaşlı isveçrəli bu mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə 10 matça çıxıb və 1 qol vurub.

Xəbər xətti