"Kristal Pelas"ın baş məşqçisi Patrik Vieyra istefaya göndərilib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa klubu fransalı ilə yoluna davam etmək istəməyib.
Bu posta kimin təyin olunacağı hələ ki, bəlli deyil.
Vieyra 2021-ci ilin yayından “Kristal Pelas”ın sükanı arxasında idi. 46 yaşlı mütəxəssis "Nyu York Siti" və "Nitsa"nı çalışdırdıqdan sonra "Kristal Pelas"a keçmişdi.
saytlarin hazirlanmasi