Millinin üzvü xərçəngə qalib gəldi, 531 gün sonra oyuna çıxdı

12:17 - 19 Mart 2023

"Bornmut"un uelsli yarımmüdafiəçisi David Bruks 531 gündən sonra meydana çıxıb. 

Sportal.az xəbər verir ki, Hodgkin limfoma xəstəliyinə tutulduqdan sonra müalicə edilən Brooks "Aston Villa" ilə görüşdə əvəzetmədən oyuna daxil olub.

25 yaşlı futbolçuya 2021-ci ilin oktyabrında xərçəng diaqnozu qoyulub. Ötən mövsümün sonunda uelsli bu xəstəliyə qalib gəldiyini açıqlamışdı. İngiltərə klubu isə 2022-ci ilin yayında ona yeni müqavilə təklif edərək, dəstək olmuşdu.

"Mançester Siti" yetirməsi olan uelsli "Şeffild"də də oynayıb. Futbolçu 2018-ci ilin yayında yarımmüdafiəçi "Bornmut"a keçmişdi.

"Aston Villa" ilə görüş "Bornmut"un 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. İngiltərənin cənubunu təmsil edən klub Premyer Liqada sonuncu pillədədir. 

Xəbər xətti