"Milan"ın hücumçusu Zlatan İbrahimoviç tarixi rekorda imza atıb.
Sportal.az xəbər verir ki, isveçli futbolçu buna A Seriyasının 27-ci turunun "Udineze" ilə səfər matçında (3:1) imza atıb. Milan təmsilçisinin yeganə qolunun müəllifi olan İbrahimoviç İtaliya çempionatında qol vuran ən yaxşı futbolçu olub. O, 41 yaş 166 günlüyündə fərqlənib.
Bu göstəricidə əvvəlki rekordçu "Milan"ın sabiq müdafiəçisi Alessandro Kostakurta (41 yaş 25 gün) idi.
Qeyd edək ki, Zlatan İbrahimoviç cari mövsümdə "Milan"ın heyətində 4 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi