Avstriya milli komandası AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Lintsdə Azərbaycanla keçirəcəkləri oyun öncəsi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, LASK klubunun qapıçısı Aleksandr Şlaqer xəstəliyə görə sıradan çıxıb. Onun əvəzində Almaniyanın “Bayer” klubunun qapıçısı Patrik Pents milliyə dəvət alıb. Şlaqerdən əvvəl isə Marko Arnautoviç zədələndiyi üçün millidən kənarda qalmışdı.
Avstriya - Azərbaycan oyunu martın 24-də Lintsdəki "Rayffatzen Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
saytlarin hazirlanmasi