Türkiyə millisinin heyətində bir futbolçu çıxarılıb.
Sportal.az xəbər verir ki, "Beşiktaş"ın müdafiəçisi Tayyip Talha Sanuç AVRO-2024-ün seçmə mərhələsinin Ermənistan və Xorvatiya ilə görüşləri üçün nəzərdə tutulan heyətə cəlb edilsə də, zədələndiyi üçün düşərgədən göndərilib.
23 yaşlı müdafiəçi "Beşiktaş"ın həkimlərinin nəzarəti altında müalicəsini davam etdirəcək.
Türkiyə millisi martın 25-də Ermənistanın qonağı olacaq.
saytlarin hazirlanmasi