Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
Sportal.az xəbər verir ki, “Qəbələ” klubunun üzvü Murad Musayev səhhəti ilə əlaqədar millinin düşərgəsini tərk edib. Onun yerinə “Turan Tovuz”dan Hüseyn Hüseynov heyətə cəlb edilib.
Qeyd edək ki, U-19 hazırlıq çərçivəsində martın 24-də və 27-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
saytlarin hazirlanmasi