Almaniyanın "Maynts" klubu hücumçu Kerim Onisivonun Azərbaycanla qarşıdan gələn AVRO-2024-ün seçmə oyunu üçün Avstriya milli komandasına çağırılmasından narazıdır.
Sportal.az “Laola1”ə istinadən xəbər verir ki, narazılığa səbəb 31 yaşlı hücumçunun dizində problem olması və bu səbəbdən Almaniya Bundesliqasında "Maynts"ın "Frayburq"la (1:1) son matçını başa vura bilməməsidir.
Bu baxımdan Almaniya klubu Onisivonun durumundan narahatdır.
31 yaşlı forvard 2015-ci ildən Avstriya millisində çıxış edir.
saytlarin hazirlanmasi