Belçikanı millimizlə oyuna bu futbolçu kapitan kimi çıxaracaq

10:28 - 22 Mart 2023

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne Belçika millisinin yeni kapitanı təyin edilib. 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi bu vəzifədə 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatından sonra millidən ayrılan "Real"ın futbolçusu Eden Hazardı əvəzləyib.

Tibo Kurtua və Romelu Lukaku isə vitse-kapitan seçilib.

31 yaşlı futbolçu millidə 97 oyun keçirib, 25 qol vurub.

Kevin 2010-cu ildə yığmada debüt edib. 

Xatırladaq ki, AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda İsveç, Estoniya və Avstriya ilə yanaşı Belçika da yığmamızın rəqiblərindəndir. 

Xəbər xətti