Yığmamız qazaxlara qarşı

10:43 - 22 Mart 2023

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 17:00-da Bosniya və Herseqovinada keçirəcək oyunda Qazaxıstan yığması ilə qarşılaşacaq. Oyunu Belçikadan olan hakim idarə edəcək:

Azərbaycan - Qazaxıstan

22 mart. Saat 17:00. Novi Gradski stadionu (Ugljevik)

Baş hakim: Viki De Cremer (Belçika)

Baş hakimin köməkçiləri: Margot Jacobs (Belçika), Merima Tanoviç (Bosniya və Herseqovina)

Dördüncü hakim: Almasa Hodzic (Bosniya və Herseqovina)

Xəbər xətti