Premyer Liqa klubunun legioneri üçün mövsüm başa çatdı

10:53 - 22 Mart 2023

"Arsenal"ın müdafiəçisi Takehiro Tomiyasu Avropa Liqasının "Sportinq"lə görüşündə zədələnərək sıradan çıxıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "topçular"ın yaponiyalı futbolçusu mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda qalacaq.

Tomiyasu dizindən zədə aldığı üçün əməliyyat edilib.

Londonda baş tutan əməliyyat uğurla keçirib. Onun ən yaxşı halda yay toplanışında düşərgəyə qayıdacağı gözlənilir.

Xəbər xətti